Bank Of Baku

«Atəşgah Həyat» sığorta şirkəti növbəti ödənişini həyata keçirib

«Atəşgah Həyat» sığorta şirkəti növbəti ödənişini həyata keçirib
# 24 oktyabr 2011 08:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Atəşgah Həyat» sığorta şirkəti Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta növü üzrə növbəti sığorta ödənişini həyata keçirib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin fevralında öz əməkdaşlarını «Atəşgah Həyat»da sığortalamış sənaye müəssisələrindən birinin əməkdaşı (satış meneceri) yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Bu sığorta hadisəsi ilə bağlı birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 12 715 manat təşkil edib. Məbləğ faydalanan şəxsə - himayəsində azyaşlı qızı olan həlak olmuşun həyat yoldaşına təqdim edilib.

Qeyd edək ki, 2011-ci ilin əvvəlindən «Atəşgah Həyat» şirkətinə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 30-dan artıq sığorta hadisəsi ilə bağlı müraciət daxil olub.

Xatırladaq ki, bu sığorta növü üzrə Azərbaycanda 30 min manat məbləğində ən iri sığorta ödənişi iyunun 29-da «Atəşgah Həyat» tərəfindən həyata keçirilib.

«Atəşgah Həyat» şirkəti həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növləri üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR