Bank Of Baku

«Parabank» on-layn xidmətlərə başlayıb

«Parabank» on-layn xidmətlərə başlayıb
# 24 oktyabr 2011 12:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gündən etibarən Azərbaycanın «Parabank» ASC-nin müştəriləri bankın 139 Məlumat Mərkəzinə zəng edərək «on-line» rejimdə plastik kart, əmanət və kreditin alınması üçün sifariş verə bilər.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, xidmətin əsas məqsədi maraqlanan vətəndaşlara canlı olaraq istənilən məlumatı vermək və lazım olduqda telefon dəstəyini qoymadan müvafiq xidməti sifariş vermək imkanını yaratmaqdır.

«Bu xidmətin əsas üstünlüyü ondan ibarətdir ki, vətəndaşlar iş yerlərini və evini tərk etmədən istənilən bank xidmətindən istifadə edə biləcəklər və ən azından banka gəlmələrinin sayı 1 dəfə az olacaq», - deyə «Parabank»dan bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR