Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının sədri BVF-nin Azərbaycan üzrə missiyasının rəhbərini qəbul edib

Azərbaycan Mərkəzi Bankının sədri BVF-nin Azərbaycan üzrə missiyasının rəhbərini qəbul edib
# 24 oktyabr 2011 12:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Nadim İlahinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı E.Rüstəmov ölkədə mövcud makroiqtisadi vəziyyət, 2012-ci il üçün pul və məzənnə siyasəti, maliyyə sabitliyinin gücləndirilməsi istiqamətində görülmüş tədbirlər barədə ətraflı məlumat verib.

Görüşdə həmçinin dünyada gedən son iqtisadi proseslər və onların Azərbaycana potensial təsiri, adekvat siyasət reaksiyası barədə məsələlər müzakirə edilib.

N.İlahi isə öz növbəsində 2011-ci ildə Azərbaycanda müşahidə olunan iqtisadi artım, makroiqtisadi və maliyyə sabitliyini müsbət qiymətləndirib. Bu nəticələrə nail olunmasında AMB-nin apardığı pul və məzənnə siyasətinin rolunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR