Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən transfertlər gələn il 43% olacaq

Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən transfertlər gələn il 43% olacaq
# 24 oktyabr 2011 12:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında» qanun layihəsi dövlət büdcəsi zərfi çərçivəsində parlamentə daxil olub. «APA-Economics»in məlumatına görə, qanuna əsasən, Fondun gəlir və xərcləri 2 454,3 mln. manat həcmində nəzərdə tutulub.

Fondun gəlirlərinin strukturunda 1 407,5 mln. manat və ya 57,4% məcburi dövlət sosial sığorta haqları, 1 044,3 mln. manat və ya 42,55% dövlət büdcəsindən ayırmalar və 2,5 mln. manat və 0,05% sair gəlirlərin payına düşür.

Fondun xərclərinin strukturunda 2 322,540 mln. manat və ya ümumi xərclərin 94,6%-i əmək pensiyalarının ödənilməsinə yönəldiləcək. Bundan başqa, 18,850 mln. manat və ya xərclərin 0,8%-i pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqına, 15,660 mln. manat və ya 0,6% sığorta olunanların sanatoriya-kurort müalicəsinə, 21,6 mln. manat və ya 0,9% Fondun mərkəzi aparatının saxlanmasına, 3 mln. manat və ya 0,1% «Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiya arasında Maliyyələşdirmə Sazişi» üzrə xərclərin maliyyələşdirilməsinə, 1,430 mln. manat və ya 0,06% «2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı»na, 40 min. manat isə beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsinə xərclənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR