Bank Of Baku

Azərbaycanın dövlət büdcəsində profisit yanvar-sentyabr aylarında kəskin azalıb

Azərbaycanın dövlət büdcəsində profisit yanvar-sentyabr aylarında kəskin azalıb
# 24 oktyabr 2011 12:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın dövlət büdcəsinin gəlirləri 8 978,9 mln. manat, xərcləri isə 8 734,8 mln. manat təşkil edib.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövrü ərzində dövlət büdcəsinin mədaxili 105,6% yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 19,6% və yaxud 1 474,4 mln. manat çox olub.

Dövlət büdcəsinin xərclərinə gəldikdə isə xərclər proqnozdan 12,3% az yerinə yetirilib (-1 223,7 mln. manat), ötən ilin yanvar-sentyabr aylarına nisbətən isə dövlət büdcəsinin xərcləri 1 898,2 mln. manat və ya 27,8% artıb.

Nəticədə, büdcənin icrasında 244,1 mln. manat məbləğində profisit yaranıb ki, bu da ötən ilin ilk doqquz ayı ilə müqayisədə 2,7 dəfə və ya 423,8 mln. manat azdır.

Dövlət büdcəsinin gəlirləri Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Neft Fondu və s. tərəfindən təmin olunub. Belə ki, Vergilər Nazirliyi tərəfindən 2011-ci ilin ilk doqquz ayı ərzində dövlət büdcəsinə 4 063,2 mln. manat (ötən ilin analoji dövrünə nisbətən 29,9% çox), Dövlət Gömrük Komitəsi tərəfindən 842,7 mln. manat (+15,4%), Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 3,2 mln. manat (-8,6%), Dövlət Neft Fondu tərəfindən 4 021,0 mln. manat (+10,9%) daxil olub. Dövlət büdcəsinə sair gəlirlərin həcmi isə 48,8 mln. manat və ya 2010-cu ilin yanvar-sentyabr aylarına nisbətən 2,1 dəfə çox olub.

Hesabat dövründə ümumi dövlət xidmətləri üzrə xərclər 603,2 mln. manat və ya ötən ilin analoji dövrünə nisbətən 8,8% çox, müdafiə üzrə xərclər 589,4 mln. manat (+1,6%), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclər 454,6 mln. manat (+3,1%), təhsil üzrə xərclər 854,4 mln. manat (+10,6%), səhiyyə üzrə xərclər 323,2 mln. manat (+18,7%), sosial müdafiə və sosial təminat üzrə xərclər 1 112,3 mln. manat (+21,9%), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər 126,3 mln. manat (+17,2%), mənzil və kommunal təsərrüfatı üzrə xərclər 156,1 mln. manat (13,9%), kənd və meşə təsərrüfatları, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi üzrə xərclər 314,7 mln. manat (+17,7%), sənaye, tikinti və faydalı qazıntılar üzrə xərclər 3 199,9 mln. manat (+52,8%), nəqliyyat və rabitə üzrə xərclər 39,6 mln. manat (+34,2%), iqtisadi fəaliyyət üzrə xərclər 106,3 mln. manat (+4%), əsas bölməyə aid edilməyən xərclər isə 854,8 mln. manat (+51,3%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR