Bank Of Baku

Bu il «Rabitəbank»ın əsas maliyyə göstəriciləri üzrə ciddi artım gözlənilir

Bu il «Rabitəbank»ın əsas maliyyə göstəriciləri üzrə ciddi artım gözlənilir
# 24 oktyabr 2011 14:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC bu il ərzində aktivlərini təxminən 11% artıraraq 135 mln. manata çatdırmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Elçin Qədimov bildirib.

E.Qədimovun sözlərinə görə, 2011-ci ildə həmçinin depozit və kredit portfeli üzrə artım gözlənilir. Belə ki, bankın kredit portfelinin təxminən 10% artaraq 90 mln. manata, depozit portfelinin isə 20% genişlənərək 80 mln. manata çatacağı proqnozlaşdırılır.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR