Bank Of Baku

Bakıda «Mərkəzi Depozitarda əməliyyat risklərinin idarəedilməsi sistemləri» mövzusunda seminar keçiriləcək

Bakıda «Mərkəzi Depozitarda əməliyyat risklərinin idarəedilməsi sistemləri» mövzusunda seminar keçiriləcək
# 24 oktyabr 2011 16:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu il oktyabrın 25-26-da Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı və Avropa İttifaqının (Aİ) yardımı ilə Bakıda «Mərkəzi Depozitarda əməliyyat risklərinin idarəedilməsi sistemləri» mövzusunda seminar keçiriləcək.
Komitədən «APA-Economics»ə verilən məlumata görə, seminarın gedişində depozitar təşkilatlarında əməliyyat risklərinin səmərəli idarə edilməsi, risklərin qiymətləndirilməsi mexanizmlərinin yaradılması və informasiya təhlükəsizliyinin təmin edilməsinə dair beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məsələləri müzakirə ediləcək.
Mövzu ətrafında Aİ-nın qiymətli kağızlar Depozitarı (Euroclear), Yunanıstan Kapital Bazarları Komissiyası və Rumıniyanın Mərkəzi Depozitarının mütəxəssisləri məruzələr edəcək, diskussiyalar təşkil olunacaq.
Seminarda Azərbaycan QKDK-nın, Milli Depozit Mərkəzinin və Bakı Fond Birjasının əməkdaşları iştirak edəcək.
Qeyd edək ki, TAİEX yardım aləti 1996-cı ildə tərəfdaş ölkələrə mövcud qanunvericilik bazasının Avropa İttifaqının standartlarına uyğunlaşdırmaqda yardım etmək məqsədilə yaradılıb. Azərbaycan TAİEX-dən istifadəyə 2007-ci ildən başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR