Bank Of Baku

Asiya İnkişaf Bankı Azərbaycanda kreditlərin alınması ilə bağlı seminar keçirir

Asiya İnkişaf Bankı Azərbaycanda kreditlərin alınması ilə bağlı seminar keçirir
# 25 oktyabr 2011 08:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Asiya İnkişaf Bankı (AİB) Bakıda bankın adi investisiya resursları (AİR) hesabına verilən kreditlərin xüsusiyyətləri, kredit mühasibatlığı və xidməti ilə bağlı seminara başlayıb.

AİB-in Azərbaycandakı daimi nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, kommersiya banklarından fərqli olaraq, AİB-in unikal kredit mühasibatlığı, xidmət proseduraları və qaydaları var. Seminar kredit alanlara AİB-dən aldıqları krediti daha yaxşı idarə etmələri üçün onlara AİR haqda geniş məlumat verəcək.

Seminara Maliyyə Nazirliyindən və icraçı agentliklərdən 30-a yaxın iştirakçı qatılıb. Seminar iştirakçılarına kreditin hesablanması və xidmətin göstərilməsi üçün gücləndirilmiş hesablayıcıdan istifadə ilə bağlı təlim keçiriləcək. Təlim iştirakçılarına yenicə hazırlanmış kredit mühasibatlığı və xidmətlərin göstərilməsi üzrə internet saytı da təqdim ediləcək.
Seminar oktyabrın 27-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR