Bank Of Baku

«Akkord» istiqraz emissiyasının yerləşdirilməsini başa çatdırıb

«Akkord» istiqraz emissiyasının yerləşdirilməsini başa çatdırıb
# 25 oktyabr 2011 09:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC 2010-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınmış istiqraz emissiyasının yerləşdirilməsini başa çatdırıb.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında açıq təklif üsulu ilə həyata keçirilib və bir sıra bankların və institusional investorların böyük marağına səbəb olub. Emissiya olunan istiqrazların nominal dəyəri 50 mln. manat, dövriyyə müddəti 3 il, gəlirliliyi illik 12,5% təşkil edir və hesablanmış faizlər hər rübün son günü istiqraz sahiblərinə ödənilir.

Xatırladaq ki, «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC beynəlxalq layihələrdə iştirakını və xarici şirkətlərlə əməkdaşlığı genişləndirir. Hazırda «Akkord» Korporasiyası təkcə Azərbaycanda deyil, həmçinin Gürcüstan, Qazaxıstan, Əfqanıstan, Türkiyə, Ukrayna və Özbəkistanda infrastruktur və biznes layihələri həyata keçirir. «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-nin həyata keçirdiyi 19 infrastruktur layihəsindən 9-u Azərbaycandadır. Bu layihələrin ümumi dəyəri 380,5 mln. manat təşkil edir. Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Əfqanıstanda həyata keçirilən 10 layihənin ümumi dəyəri isə 659,5 mln. manatdır.

Korporasiyanın bütün layihələri üzrə işlərə 5 minə yaxın işçi cəlb edilib. Bundan başqa, «Akkord» Korporasiyası 38 zavod və 3 mindən yuxarı maşın və mexanizmə malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR