Bank Of Baku

Londonda Azərbaycanın maliyyə imkanları ilə bağlı konfrans keçiriləcək

Londonda Azərbaycanın maliyyə imkanları ilə bağlı konfrans keçiriləcək
# 25 oktyabr 2011 11:38 (UTC +04:00)
Tədbirin sponsorları və tərəfdaşları rolunda «TheCityUK», «Middle East Association» «Pathfinders Trade & Invest» və «Templeton Thorp» təşkilatları çıxış edir.

AAC-dan «APA-Economics»ə verilən məlumata görə, konfransda Azərbaycanda kapital bazarının inkişafı, yeni istiqrazların buraxılması, risklərin idarə olunması praktikası və maliyyə imkanları kimi məsələlərə toxunulacaq.

«Baker & McKenzie»nin tərəfdaşı Den Metyuzun (Dan Matthews) sözlərinə görə, Avropa Yenidənqurma və İnkişaf Bankının Mərkəzi Asiyada maliyyə institutları şöbəsinin direktoru Mayk Teylor, Dünya Bankının Avropa və Mərkəzi Asiyada maliyyə sektorunun inkişafı üzrə mütəxəssisi xanım Uzma Xəlil, Azərbaycan Mərkəzi Bankı, Dövlət Neft Fondu və Dövlət Qiymətli Kağızlar Komitəsinin nümayəndələrinin konfransda çıxış gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR