Bank Of Baku

«Royal Bank»ın aktivləri son bir ildə 7% artıb

«Royal Bank»ın aktivləri son bir ildə 7% artıb
# 25 oktyabr 2011 13:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci il oktyabr ayının 1-nə 186,144 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 6,5% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 9,46% artaraq 133,099 mln. manat, depozit portfeli isə 4,6% azalaraq 76,357 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 7,2% artaraq 20,779 mln. manata, o cümlədən nizamnamə kapitalı 7,3% artaraq 22,139 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 2,5 dəfə artaraq 132 433, o cümlədən fiziki şəxslərin sayı 2,6 dəfə artaraq 130 718, hüquqi şəxslərin sayı isə 15,3% azalaraq 1 715, həmçinin aktiv plastik kartların sayı 56,23% artaraq 43 400, o cümlədən debet kartları 62,5% artaraq 41 170, kredit kartlarının sayı isə 8,4% azalaraq 2 230 olub.

Eyni zamanda, bankın işçilərinin sayı 7,8% azalaraq 566 nəfərə, orta aylıq əmək haqqı isə 48% artaraq 812 manata çatıb.

Xatırladaq ki, təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 32 bankomatı və 113 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR