Bank Of Baku

Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası keçirilib

Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası keçirilib
# 25 oktyabr 2011 16:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Berlində (Almaniya) Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası keçirilib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasda Nazirliyin Aparatının rəhbəri Samir Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Tədbirdə çıxış edən S.Vəliyev ölkə iqtisadiyyatı, aparılan islahatlar və əldə olunmuş uğurlar barədə iştirakçılara ətraflı məlumat verib və qeyd edib ki, iqtisadi islahatlar, görülmüş genişmiqyaslı işlər nəticəsində Azərbaycanda sürətli iqtisadi inkişafa nail olunub, ölkədə sahibkarlıq fəaliyyəti genişlənib, əlverişli investisiya və biznes mühiti yaradılıb.

İclasda Almaniya-Azərbaycan Ticarət Palatasının yaradılması, alternativ enerji sahəsində iki ölkə arasında əməkdaşlıq, biznesin idarə olunmasında Azərbaycan sahibkarları üçün Almaniyada kursların davam etdirilməsi, sənaye və kimyayönümlü parkların yaradılması sahəsində alman təcrübəsinin öyrənilməsi, Azərbaycan və Almaniya regionları arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin özündə Almaniyanın aparıcı şirkətlərini birləşdirən Şərq Komitəsinin nümayəndələrinin iştirakı ilə Azərbaycanda Almaniya-Azərbaycan iqtisadi forumunun keçirilməsi və digər məsələlər müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR