Bank Of Baku

Azərbaycanda gömrük orqanları büdcəyə ödənişləri bu il 6% artırıb

Azərbaycanda gömrük orqanları büdcəyə ödənişləri bu il 6% artırıb
# 26 oktyabr 2011 09:37 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Cari ilin sentyabr ayında Azərbaycanın gömrük orqanları tərəfindən dövlət büdcəsinə 100 974,9 min manat həcmində vəsait köçürülüb. Bu, avqust ayına nisbətən 2,72%, ötən ilin sentyabrına nisbətən isə 1,8% çoxdur.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ay büdcəyə gömrük rüsumları kimi 20 621,27 min manat, ƏDV kimi 73 098,75 min manat köçürülüb. Sentyabrda aksizlər 6 129,04 min manat, yol vergiləri isə 1 125,84 min manat təşkil edib. Avqust ayı ilə müqayisədə ƏDV üzrə yığım 7,5%, yol vergiləri 2,5%, aksizlər 2,1% artıb, gömrük rüsumlarının həcmi isə 11% azalıb.

Ümumilikdə, bu ilin yanvar-iyul aylarında gömrük orqanları büdcəyə 643,446 mln. manat vəsait köçürüb. Komitədən verilən məlumata görə, bunun 134,980 mln. manatı gömrük rüsumları, 467,398 mln. manatı ƏDV-nin, 34,476 mln. manatı aksizlərin, 6,593 mln. manatı yol vergisinin payına düşür.

Bu ilin ilk 9 ayında gömrük orqanları dövlət büdcəsinə ümumilikdə 842,717 mln. manat vəsait köçürüb ki, ötən ilin eyni dövrünə nisbətən bu göstərici .5,5% artıb. Bunun 178,791 mln. manatı gömrük rüsumları, 608,5 mln. manat ƏDV-nin, 46,608 mln. manatı aksizlərin, 8,818 mln. manatı yol vergisinin payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR