Bank Of Baku

«AXA-MBASK» sığorta şirkətinin daxilolmaları 60% artıb

«AXA-MBASK» sığorta şirkətinin daxilolmaları 60% artıb
# 26 oktyabr 2011 10:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AXA-MBASK» sığorta şirkətinin cari ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 9,898 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 60% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə məcmu sığorta haqlarında «Avtomobil sığortası» növləri üzrə yığımın xüsusi çəkisi 57% (5,604 mln. manat, son bir ildə 46% artım olub), «Əmlak sığortası» növləri üzrə 23% (2,204 mln. manat, 3,1 dəfə artım) «Yüklərin sığortası» növləri üzrə isə 5% (444,398 min manat, 2,5 dəfə artım) təşkil edib.

Qeyd edək ki, hesabat dövründə şirkət 2,348 mln. manat məbləğində sığorta ödənişi həyata keçirib. Ödənişlərin əksər hissəsi avtomobil sığortası müqavilələri üzrə aparılıb (1,762 mln. manat), sonrakı yerdə «Tibbi sığorta» (444,764 min manat), daha sonra «Nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (69,477 min manat), «Bədbəxt hadisələrin sığortası» (25,537 min manat) növləri olub.

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasında «AXA Group»un törəmə müəssisəsi olan «AXA Seguros Generales» (51%) və bir fiziki şəxs (49%) çıxış edir. Cari il yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR