Bank Of Baku

Gürcüstanda vergi pozuntularına görə cərimələr azaldılacaq

Gürcüstanda vergi pozuntularına görə cərimələr azaldılacaq
# 26 oktyabr 2011 10:25 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan parlamentinin maliyyə və büdcə komitəsində Vergi Məcəlləsinə edilən dəyişikliklər müzakirə edilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, müzakirələrdə vergi pozuntularına görə cərimələrin azaldılması nəzərdə tutulub. Əsasən 2005-ci ilədək borcu olan müəssisələrə vergi ödənişində amnistiya elan ediləcək.

Maliyyə Nazirliyinin gəlirlər departamentinin rəhbəri Jaba Ebanoidze bildirib ki, əgər müəssisələr əsas vergi borcunu ödəsələr, digər faizlər aradan qaldırılacaq. O, kassa aparatlarında baş verən pozuntular və aparat olmazsa, cərimələrin azaldılacağını da deyib.

“Əvvəl ilk vergi pozuntusuna görə cərimə 5 min lari (təxminən 3 min ABŞ dolları) olubsa, ikinci dəfə cərimə 10 min lari (təxminən 6 min dollar) olub. İndi Vergi Məcəlləsinə edilən dəyişikliklərdən sonra cərimə birinci və ikinci vergi pozuntularında 500 lari (təxminən 300 dollar) olacaq” - deyə J.Ebanoidze bildirib.

Vergi Məcəlləsinə dəyişikliklər Gürcüstan parlamentinin növbəti sessiyasında təsdiq olunduqdan sonra qüvvəyə minəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR