Bank Of Baku

Türkiyə bankı İran nefti ilə bağlı ödənişlərin qəbulunu davam etdirəcək

Türkiyə bankı İran nefti ilə bağlı ödənişlərin qəbulunu davam etdirəcək
# 27 yanvar 2012 13:48 (UTC +04:00)
Bakı. Azər Mustafayev - APA-Economics. Türkiyə “Halk Bankı” İran neftinin müştərilərinin ödənişlərin qəbulunu davam etdirəcək. “APA-Economics”in “Mehr” xəbər agentliyinə istinadən xəbərinə görə, bunu bankın baş direktoru Süleyman Arslan deyib.

S.Arslan ABŞ-ın İranla əlaqələrin dayandırılması barədə xəbərdarlığını qəbul etmədiklərini bildirib: “Müxtəlif ölkələrlə ticarət mübadilələrində bank zəmanəti və bank işi əməliyyatlarını siyasi əsaslarla aparmayacağıq”.

Qeyd edək ki, Türkiyənin “Halk Bankı” ilə İran arasında 2011-ci ildə ticarət dövriyyəsinin həcmində artım qeydə alınıb. ABŞ-ın təzyiqləri nəticəsində Hindistandan İran Mərkəzi Bankına ödəmələri bu bank yerinə yetirib. Türkiyə NATO-nun yeganə müsəlman üzvü kimi 2010-cu ildə İran neftinə qarşı sanksiyaları qəbul etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR