Bank Of Baku

«Aqrarkredit» nizamnamə kapitalını artırır

«Aqrarkredit» nizamnamə kapitalını artırır
# 27 yanvar 2012 13:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Aqrarkredit» bank olmayan kredit təşkilatının qapalı yerləşdirmə üsulu ilə yerləşdirilən sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 manat, sayı 58 416 ədəd, emissiyanın ümumi həcmi isə 58 416 manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Aqrarkredit» QSC-nin yaxın vaxtlarda səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 0,3% artaraq 18 558 416 manata çatacaq.

Xatırladaq ki, təsisçisi Azərbaycan Maliyyə Nazirliyi (99,98%), «Azərsığorta» şirkəti və digər dövlət təşkilatları olan «Aqrarkredit» QSC 2011-ci ildən fəaliyyət göstərir. Cari il yanvarın 1-nə şirkətin məcmu kapitalı 19,5 mln. manat, o cümlədən nizamnamə kapitalı 18,5 mln. manat, kredit portfeli isə 16,6 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR