Bank Of Baku

«ASB Bank» ötən il kredit portfelini 79% artırıb

«ASB Bank» ötən il kredit portfelini 79% artırıb
# 27 yanvar 2012 14:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC-nin aktivlərinin həcmi 2012-ci il yanvarın 1-nə 155 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin göstəriciləri ilə müqayisədə 19% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 79% artaraq 133,4 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 111% artaraq 83,3 mln. manat, depozit portfeli 5% artaraq 83,0 mln. manat təşkil edib. Bu müddət ərzində bankın müştərilərinin sayı 36% artaraq 39 141-ə, plastik kartların sayı isə 30% artaraq 20 984 ədədə çatıb.
Ötən il bankın cəmi gəlirləri 47% artaraq 18,4 mln. manat, cəmi xərcləri 29% artaraq 14,7 mln. manat olub. Nəticədə, bankın xalis mənfəəti 3,7 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın məcmu kapitalı 10% artaraq 28,6 mln. manata, o cümlədən nizamnamə kapitalı 9% artaraq 24,0 mln. manata çatıb.

Xatırladaq ki, «ASB Bank» 1996-cı ildə yaradılıb. Bankın ölkə üzrə 9 filialı, 1 şöbəsi, 35 bankomatı və 337 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR