Bank Of Baku

ABŞ-da daha 4 bank bağlanıb

ABŞ-da daha 4 bank bağlanıb
# 28 yanvar 2012 09:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ-ın Depozitlərin sığortalanması üzrə Federal Agentliyi 4 bankın bağlanmasına qərar verib. «APA-Economics»in məlumatına görə, beləliklə ilin əvvəlindən ölkədə bağlanan bankların sayı 7-ə çatıb.

Bağlanan banklar sırasında aktivləri 1,185 mlrd. dollar və depozitləri 1,156 mlrd. dollar olan «Tennessee Commerce Bank», «First Guaranty Bank and Trust Company» (377,9 mln. dollar və 349,5 mln. dollar), «Patriot Bank Minnesota» (111,3 mln. dollar və 108,3 mln. dollar) və «BankEast» (272,6 mln. dollar və 268,8 mln. dollar) var.

Xatırladaq ki, 2011-ci ildə ABŞ-da məcmu aktivləri 34,9 mlrd. dollar olan 92 bank bağlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR