Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı «Mobilbank» xidmətinin yeni versiyasını işə salıb

Azərbaycan Beynəlxalq Bankı «Mobilbank» xidmətinin yeni versiyasını işə salıb
# 30 yanvar 2012 10:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı «Mobilbank» xidmətinin yeniləmiş və təkmilləşmiş versiyasını işə salıb. Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki versiyadan fərqli olaraq xidmətdən artıq bütün mobil operatorların abonentləri istifadə edə bilərlər.

Qeyd edək ki, «Mobilbank» xidməti vasitəsi ilə müştəri bank kartını bağlaya, hesabı barədə məlumatı öyrənə, ödənişləri həyata keçirə və sair əməliyyatları apara bilər.

Həmçinin bildirilir ki, yaxın zamanlarda bu xidmətin və elektron bankinq xidmətinin imkanlarının genişləndirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR