Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti avrobond emissiyasını London birjasında yerləşdirəcək

Azərbaycan Dövlət Neft Şirkəti avrobond emissiyasını London birjasında yerləşdirəcək
# 30 yanvar 2012 11:47 (UTC +04:00)
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, ötən həftə dünyanın aparıcı maliyyə nəşrlərində və internet saytlarında ARDNŞ-in avrobond buraxmaq niyyətində olduğu barədə açıqlama verilib. Avrobondların yerləşdirilməsi və tədavülü Azərbaycan və ABŞ-ın hüdudlarından kənarda həyata keçirilməklə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Listinq Orqanının (UK Listing Authority) və London Fond Birjasının (London Stock Exchange) listinqinə daxil ediləcək. Buraxılışın hüquqi rejimi ABŞ-ın 1933-cü il tarixli «Qiymətli kağızlar haqqında» qanunun «Regulation S» hissəsinə uyğundur. Bu işlərin həyata keçirilməsində Birgə Baş İdarəçilər (Joint Lead Managers) qismində «Citi Group Global Markets Ltd.», «Deutsche Bank AG» (London filialı) və «The Royal Bank of Scotland Plc.», Birgə İdarəçilər (Co-Managers) qismində «Nomura International Plc.» və «Societe Generale S.A.», İnvestorların təmsilçisi (Trustee) qismində «Deutsche Trustee Company Ltd.», Əsas Ödəniş və Köçürmə Agenti (Principal Paying and Transfer Agent) qismində isə «Deutsche Bank AG» (London filialı) çıxış edir.

Avrobondların buraxılması ilə bağlı müvafiq qaydalara əsasən, dünyanın aparıcı reytinq şirkətləri buraxılacaq qiymətli kağızlara reytinq dərəcəsi şamil etməlidir. Artıq «Fitch Ratings» və «Moody’s» agentlikləri tərəfindən ARDNŞ-in avrobondlarına müvafiq olaraq «BBB-(exp)» və «Ba1» reytinq dərəcələri şamil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR