Bank Of Baku

«United Credit Bank» ötən il aktivlərini 26% artırıb

«United Credit Bank» ötən il aktivlərini 26% artırıb
# 30 yanvar 2012 15:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» ASC-nin aktivlərinin həcmi 2012-ci il yanvarın 1-nə 56,524 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin yekun göstəriciləri ilə müqayisədə 26% çoxdur.

Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, hesabat ilində bankın kredit portfeli 46% artaraq 47,771 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 12% artaraq 15,307 mln. manata, depozit portfeli 70% genişlənərək 27,668 mln. manata, o cümlədən müddətli depozitlər 19,4% artaraq 18,423 mln. manata, tələb olunanadək depozitlər 67% artaraq 9,245 mln. manata, əhalidən cəlb edilən əmanətlərin həcmi 2,1 dəfə artaraq 21,093 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın məcmu kapitalı 18,5% azalaraq 11,290 mln. manat, o cümlədən nizamnamə kapitalı isə 17% artaraq 14,108 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il bankın gəlirləri 29% azalaraq 4,245 mln. manat, o cümlədən faiz gəlirləri 31% azalaraq 3,599 mln. manat, qeyri-faiz gəlirləri isə 20% azalaraq 0,645 mln. manat olub. Həmçinin, bankın ümumi xərcləri 35% artaraq 7,635 mln. manata, o cümlədən faiz xərcləri 17% artaraq 2,873 mln. manata, qeyri-faiz xərcləri isə 48% artaraq 4,762 mln. manata çatıb. Nəticədə, ötən il bankın zərəri 3,391 mln. manat olub. Müqayisə üçün bildirək ki, əvvəlki ilin yekununda isə bank 314 min manat mənfəət əldə edib.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» ASC 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari il yanvarın 1-nə bankın 6 filialı, 5 bankomatı, 39 POS-terminalı və 128 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR