Bank Of Baku

Azərbaycan gömrük rüsumu və ƏDV-dən azad olunan idxal mallarının siyahısını genişləndirib

Azərbaycan gömrük rüsumu və ƏDV-dən azad olunan idxal mallarının siyahısını genişləndirib
# 30 yanvar 2012 16:23 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarları ilə ölkəyə gətirilərkən gömrük rüsumu və ƏDV-dən azad olunan malların siyahısına dəyişiklik edilib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» öz qərarına etdiyi dəyişiklik nəticəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən alınan qeydiyyat şəhadətnamələri, sürücülük vəsiqələri, qeydiyyat nişanları, xidmətlə bağlı digər blanklar və büdcə vəsaiti hesabına idxal olunan avadanlıqlar ƏDV-dən azad edilib.

Eyni qayda ilə, Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» qərarına edilən dəyişikliklərə əsasən, yuxarıda sadalanan mallar ölkəyə idxal olunanda gömrük rüsumlarından da azad edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR