Bank Of Baku

Azərbaycanda daha bir sığorta şirkəti İcbari Sığorta Bürosuna üzv olub

Azərbaycanda daha bir sığorta şirkəti İcbari Sığorta Bürosuna üzv olub
# 30 yanvar 2012 15:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan İcbari Sığorta Bürosunun iştirakçılarının reyestrinə daha bir sığorta şirkəti – «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti daxil edilib.

Bürodan «APA-Economics»ə verilən məlumata görə, «Azərsığorta» şirkəti Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin müvafiq razılıq məktubuna əsasən «Daşınmaz əmlakın icbari sığortası» və «Daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası» üzrə xidmətlər göstərmək üçün Büronun reyestrinə daxil edilib.

Qeyd edək ki, «Azərsığorta» şirkəti də daxil olmaqla artıq Büroya 9 sığorta şirkəti üzv olub.

Xatırladaq ki, Büro 2011-ci ilin sonunda fəaliyyətə başlayıb. Büronun yaradılmasında əsas məqsəd zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etməkdən ibarətdir. Sığorta şirkətləri «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə xidmətlərə görə Büroya 200 min manat, «Sərnişinlərin icbari sığortası» növünə görə 200 min manat, «Daşınmaz əmlakın icbari sığortası» və «Daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası» növləri üzrə isə hər birinə görə 100 min manat birdəfəlik vəsait (təminat depoziti) ödəməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR