Bank Of Baku

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yeni tədbirlər planı hazırlayır

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yeni tədbirlər planı hazırlayır
# 30 yanvar 2012 18:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadi İnkişaf Nazirliyində geniş müşavirə keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, nazirliyin struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan prezidenti tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə mühüm tapşırıqların verildiyini vurğulayıb.

Müşavirədə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısının makroiqtisadi sabitliyin qorunması, dövlət proqramlarının icrasının sürətləndirilməsi, sənayeləşmənin davam etdirilməsi, özəl bölmənin inkişafı, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsi, məhsul ixracının genişləndirilməsi, infrastruktur layihələrinin icrası, əhalinin kommunal xidmətlərə tələbatının daha dolğun ödənilməsi və s. istiqamətlərdə verdiyi göstərişlərin vaxtında və yüksək keyfiyyətlə icra olunması ilə bağlı Nazirliyin müvafiq struktur bölmələrinə tapşırıqlar verilib, Tədbirlər Planının hazırlanması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR