Bank Of Baku

İranda bank oğurluğu ilə bağlı 24 nəfərin işi məhkəməyə göndərilib

İranda bank oğurluğu ilə bağlı 24 nəfərin işi məhkəməyə göndərilib
# 31 yanvar 2012 07:32 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranda baş vermiş 2,8 milyard dollarlıq bank oğurluğu ilə bağlı həbs olunmuş şəxslərin məhkəmə prosesi fevral ayının son həftəsində keçiriləcək. APA-nın məlumatına görə, bu barədə İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxslərin əksəriyyəti öz günahlarını etiraf ediblər: “Hazırda 5-6 nəfərin istintaqı aparılır. Yaxın günlərdə onların işi yekunlaşdırılıb məhkəməyə göndəriləcək. Artıq 24 nəfərin işi məhkəməyə təqdim olunub”.

Q.M.Ejei Kanadaya qaçmış İran Milli Bankının sabiq sədri Mahmudrza Xavərinin həbs edilib İrana qaytarılması üçün İnterpola müraciət etdiklərini deyib. İranın baş prokuroru ölkənin sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin şəxsi internet saytının bağlanması məsələsinə də aydınlıq gətirib: “Həmin saytı Rəfsəncaninin oğlu idarə edir. Veb-səhifədəki qanunazidd olan bəzi materiallar götürülərsə, sayt öz fəaliyyətini davam etdirə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR