Bank Of Baku

«Fitch Ratings» Azərbaycan Beynəlxalq Bankına kapitalın artırılmasını tövsiyə edir

«Fitch Ratings» Azərbaycan Beynəlxalq Bankına kapitalın artırılmasını tövsiyə edir
# 31 yanvar 2012 07:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) kapitalının artırılması prosesində ləngimələrin bankın reytinqinin azalmasına səbəb ola biləcəyini bəyan edib. Agentlikdən «APA-Economics»ə verilən məlumata görə, hazırda ABB-nin reytinqi üzrə proqnoz «neqativ»dir və onun azalması imkanları ilk növbədə kapitalın artırılmaması amil ilə bağlıdır.

Agentliyin məlumatında bildirilir ki, Bankın rəhbərliyi tərəfindən kapitalın yaxın zamanlarda artırılması barədə bəyanat verilib, lakin konkret müddət açıqlanmır. Eyni zamanda «Fitch» hesab edir ki, ABB hökumətdən lazımi dəstək alacaq və bu halda Bankın reytinqi hazırkı səviyyədə təsdiqlənə bilər. Əks halda, reytinqin endirilməsi istisna olunmur.

Xatırladaq ki, 2011-ci il dekabr ayının ortalarında «Fitch Ratings» agentliyi ABB-nin uzunmüddətli reytinqini «BB+» səviyyəsindən «BBB-» səviyyəsinə qədər endirib və bütün reytinqləri «Rating Watch» siyahısında «neqativ» bölmədə yerləşdirib. Reytinqin endirilməsi ilk növbədə Bankda təkrar kapitallaşmanın ləngiməsi ilə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR