Bank Of Baku

Venesuela hökuməti xarici banklarda saxlanılan qızıl ehtiyatını ölkəyə qaytarıb

Venesuela hökuməti xarici banklarda saxlanılan qızıl ehtiyatını ölkəyə qaytarıb
# 31 yanvar 2012 08:00 (UTC +04:00)
Bakı - APA-Economics. Venesuela hökuməti ABŞ və Avropa banklarında saxlanılan qızıl ehtiyatının ölkəyə qaytarılması əməliyyatının başa çatdığını bəyan edib.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, Venesuela Mərkəzi Bankının rəhbəri Nelson Merentes bildirib ki, əməliyyat 2011-ci ilin noyabr ayından başlayıb və ümumilikdə ölkəyə 9 mlrd. dollar dəyərində olan 176 ton qiymətli metal qaytarılıb.

Venesuelaya qaytarılan qızıl ehtiyatı Mərkəzi Bankın saxlancına yerləşdirilib. Prezident Uqo Çaves 2011-ci ilin avqustunda elan etdiyi bu qərarını əsas gəlirləri neft ixracından formalaşan Venesuelanı Avropa və ABŞ iqtisadiyyatlarındakı mümkün problemlərdən müdafiə etmək zərurəti ilə əsaslandırıb. O, xarici banklarda ölkənin 233 ton qiymətli metalının olduğunu bəyan edib. Mərkəzi Bankın rəhbəri Nelson Merentes rəqəmlərdəki fərqi izah etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR