Bank Of Baku

«Expressbank» əhalidən cəlb etdiyi əmanətlərin həcmini iki dəfə artırıb

«Expressbank» əhalidən cəlb etdiyi əmanətlərin həcmini iki dəfə artırıb
# 31 yanvar 2012 08:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Expressbank» ASC-nin kredit portfelinin həcmi 2012-ci il yanvar ayının 1-nə 81,441 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin yekun göstəricisi ilə müqayisədə 65% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın qısamüddətli kreditləri (12 ayadək) 77% artaraq 52,847 mln. manata, uzunmüddətli kreditləri (12 aydan artıq) 46% artaraq 28,594 mln. manata, istehlak kreditləri isə 30% artaraq 16,429 mln. manata çatıb.

Təhlil aparılan dövr ərzində bankın depozit portfeli 0,1% azalaraq 74,247 mln. manat, o cümlədən müddətli depozitləri 56,4% artaraq 20,342 mln. manat, tələb olunanadək depozitlər 12% azalaraq 53,904 mln. manat, əhalidən cəlb edilən əmanətlərin həcmi isə təxminən iki dəfə artaraq 24,101 mln. manat təşkil edib.

Xatırladaq ki, «Expressbank» ASC 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə fəaliyyət göstərib. Bankın səhmlərinin 100%-i hüquqi şəxslərə məxsusdur. Hazırda bankın respublika üzrə 10 filialı, 33 bankomatı, 23 POS-terminalı və 247 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR