Bank Of Baku

Azərbaycanda sığortalanmış bank əmanətlərinin həcmi 2,275 mlrd. manata çatıb

Azərbaycanda sığortalanmış bank əmanətlərinin həcmi 2,275 mlrd. manata çatıb
# 31 yanvar 2012 09:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) 43 iştirakçı bankdan 2011-ci ilin IV rübü üzrə topladığı təqvim haqlarının həcmi 1,475 mln. manat, 1,487 mln. ABŞ dolları və 196 min avro təşkil edib.
ƏSF-dan «APA-Economics»ə verilən məlumata görə, 2012-ci il yanvarın 1-nə fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 3,763 mlrd. manat, qorunmayan əmanətlər 1,488 mlrd. manat, qorunan əmanətlər isə 2,275 mlrd. manat təşkil edib.
ƏSF-dan bildirilib ki, Fondun sığorta ehtiyatları 41,9 mln. manat, qorunan əmanətçilərin sayı isə 5 782 045 nəfərdir.
Qeyd edək ki, 2010-cu il iyun ayının 1-dən üzv banklarda illik 12%-dən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR