Bank Of Baku

ABŞ və Gürcüstan azad ticarət haqqında saziş imzalana bilər

ABŞ və Gürcüstan azad ticarət haqqında saziş imzalana bilər
# 31 yanvar 2012 09:23 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ və Gürcüstan azad ticarət haqqında saziş imzalanması imkanlarını nəzərdən keçirir. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə ABŞ prezidenti Barak Obama Ağ Evdə gürcü həmkarı Mixail Saakaşvili ilə keçirdiyi görüşdən sonra açıqlama verib.

Onun sözlərinə görə, görüşdə iki ölkə arasındakı münasibətləri möhkəmləndirmək yolları, o cümlədən təhlükəsizlik məsələləri və azad ticarət haqqında saziş imzalanması imkanları müzakirə olunub: “ABŞ Gürcüstanın NATO-ya üzv olmaq səylərini dəstəkləməkdə davam edəcək”,

Qeyd edək ki, ABŞ azad ticarət haqqında sazişi (Free Trade Agreement) hər hansı ölkə və ya ölkələr qrupu ilə imzalaya bilər. Sazişin məqsədi iştirakçı ölkələr arasında ticarət əngəllərinin aradan qaldırılması və investisiya cəlb olunmasının sadələşdirilməsidir. Sazişin şərtləri hər bir ölkə ilə ayrıca müzakirə olunur. Əksər hallarda ABŞ-ın imzaladığı azad ticarət haqqında sazişlər Ümumdünya Ticarət Təşkilatının qaydalarına uyğun olur.

Hazırda ABŞ-ın 17 ölkə ilə imzaladığı azad ticarət haqqında saziş qüvvədədir. Daha üç ölkə - Cənubi Koreya, Panama və Kolumbiya ilə analoji sazişlərin imzalanması haqqında danışıqlar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR