Bank Of Baku

«Muğan Bank» ötən il kredit portfelini 30% genişləndirib

«Muğan Bank» ötən il kredit portfelini 30% genişləndirib
# 31 yanvar 2012 10:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nin kredit portfelinin həcmi 2012-ci il yanvarın 1-nə 173,858 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 29% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın istehlak kreditlərinin həcmi 64% artaraq 31,536 mln. manat, vaxtı keçmiş kreditlər 3,7 dəfə artaraq 4,684 mln. manat, AİF-in xətti ilə verilən ipoteka kreditləri 39% artaraq 29,939 mln. manat, bankın öz proqramı vasitəsi ilə verilən ipoteka kreditləri isə 14 dəfə artaraq 4,282 mln. manat təşkil edib.

Təhlil aparılan dövr ərzində bankın depozit portfelinin həcmi 11% genişlənərək 91,132 mln. manata, o cümlədən müddətli depozitlər 18% artaraq 62,409 mln. manata, tələb olunanadək depozitlər 2,8% azalaraq 28,724 mln. manata, əhalidən cəlb edilən əmanətlər isə 20% artaraq 67,742 mln. manata çatıb.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 30 filialı, 51 bankomatı, 89 POS-terminalı və 556 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR