Bank Of Baku

Çexiya da Avropa Birliyinin büdcə siyasətinin sərtləşdirilməsinə qarşı çıxıb

Çexiya da Avropa Birliyinin büdcə siyasətinin sərtləşdirilməsinə qarşı çıxıb
# 31 yanvar 2012 12:12 (UTC +04:00)
Bakı - APA-Economics. Çexiya hökuməti Avropa Birliyinin (AB) büdcə sabitliyi müqaviləsini parlamentdə razılaşdırmağın çətin olacağını bildirərək, sənədə qoşulmaqdan imtina edib. “APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, İsveçin baş naziri Fredrik Raynfeldt açıqlama verib.

Beləliklə, AB-nin maliyyə əsaslarını möhkəmləndirəcək müqaviləni birliyin 27 üzvündən 25-i imzalayacaq. Bundan əvvəl Böyük Britaniya da sənədə qoşulmayacağını bəyan edib.

Qeyd edək ki, AB-nin büdcə sabitliyi müqaviləsi büdcə kəsirinin ÜDM-ə nisbətinin hazırkı 3%-dən 0,5%-ə endirilməsini nəzərdə tutur. Buna səbəb AB ölkələrinin büdcə siyasətini sərtləşdirmək niyyətidir. Sənəd 2013-cü ildən qüvvəyə minməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR