Bank Of Baku

«Parabank» ötən il tələb olunanadək depozitləri 31% artırıb

«Parabank» ötən il tələb olunanadək depozitləri 31% artırıb
# 31 yanvar 2012 12:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC-nin kredit portfelinin həcmi 2012-ci il yanvarın 1-nə 76,662 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,4% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın 12 ayadək verdiyi kreditlərin həcmi 10,4% azalaraq 15,865 mln. manata, 12 aydan artıq müddətə verilən kreditlər 9,1% artaraq 60,797 mln. manata, istehlak kreditləri 8,1% artaraq 42,290 mln. manata çatıb.

Təhlil aparılan dövr ərzində bankın depozit portfeli 0,8% artaraq 64,254 mln. manat, o cümlədən müddətli depozitlər 0,8% azalaraq 60,059 mln. manat, tələb olunanadək depozitlər 31% artaraq 4,195 mln. manat, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 0,7% genişlənərək 62,337 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın ölkə üzrə 15 filialı, 18 bankomatı, 247 POS-terminalı və 418 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR