Azərbaycanda vergidən yayınan şəxslər cinayət məsuliyyətinə cəlb olunub
Nazirliyin analitik informasiya şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, nazirliyin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilib ki, vətəndaş Kazımov İlham Bakının Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, ev 36 ünvanda yerləşən və vergi ödəyicisi kimi Bakı şəhər Vergilər Departamentində qeydiyyatda olan “Taleh Təmir Tikinti” MMC-nin direktoru vəzifəsini yerinə yetirərkən təşkilatın mühasibat sənədlərinə gəlirlər və xərclər barədə bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə 616 min 95,26 manat məbləğində əlavə dəyər vergisini dövlət büdcəsindən yayındırıb. İstintaq zamanı sahibkar İ.Kazımovun cinayət əməli sübuta yetirildiyindən o, Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2012-ci ilin yanvar ayının 11-də Baş Prokurorluq tərəfindən barəsində təsdiq olunmuş ittiham aktı baxılması üçün məhkəməyə göndərilib.
Departament tərəfindən aparılan digər araşdırma zamanı müəyyən olunub ki, digər şəxs - Şirinov Adil Hümbət oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi ödəyicisi kimi 10 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata duran İsmayılov Ramin Vəli oğlunun adından istifadə edərək vergi orqanına təqdim etdiyi bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə 23 min 27,97 manat məbləğində vergini büdcədən gizlədib. O, vergi ödəyicisi kimi Bakı şəhər Vergilər Departamentində qeydiyyatda olan «Modern-M», «Classkom-SN» və «Realiti-Az» məhdud məsuliyyətli cəmiyyətlərin faktiki rəhbəri işləyərkən həmin cəmiyyətlərin rəsmi direktoru Mirzəyev Oqtay Kənan oğlu ilə qabaqcadan əlbir olaraq cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə «Modern-M» MMC üzrə 93 min 596,17 manat, «Classkom-SN» MMC üzrə 179 min 529,03 manat və «Realiti-Az» MMC üzrə 45 min 55,52 manat məbləğində vergiləri dövlət büdcəsindən yayındırıblar. Bu şəxslərin əməlləri Cinayət Məcəlləsinin 213.1 və 213.2.2-ci maddələri ilə sübuta yetirildiyindən ittiham aktı təsdiq olunması üçün Baş Prokurorluğa göndərilib.
Departamentdə aparılan digər araşdırma nəticəsində “Mars-2” MMC və “Amin Ekspress Servis” MMC-nin direktoru Novruzov Mərdixan Əliqulu oğlunun Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə toplanmış sübutlar əsasında M.Novruzov məhkəmə məsuliyyətinə cəlb olunub. Bakı şəhəri Sabunçu rayonu Sülh küçəsi-7 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş M.Novruzov 11 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan “Mars-2” MMC-də və Bakı şəhəri Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan “Amin Ekspress Servis” MMC-də direktor vəzifəsində işləyərkən vergi orqanlarına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatları daxil etməklə 69 min 63,91 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırıb. 2012-ci ilin yanvar ayının 26-da Cinayət Prosessual Məcəlləsinin 290.1-ci maddəsinə əsasən cinayət işi ittiham aktı ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Baş Prokurorluğa təqdim edilib.
Maliyyə
Maliyyə icarəsi müqavilələrinin maksimum məbləği müəyyənləşəcək
Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq, tələblər müəyyənləşib
Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
ABB: Müştərilərin hesab balansları bərpa edilib
Xəbər Lenti
Apple “VKontakte” tətbiqlərinin App Store-dan silinməsini sanksiyalarla izah edib
Ermənistan parlamentinin sədri dəyişir
Moskva vilayətində raket hücumu xəbərdarlığı elan edilib - YENİLƏNİB
Hikmət Hacıyev Baş katibin xüsusi nümayəndəsi ilə Azərbaycan–NATO tərəfdaşlığını müzakirə edib
Ermənistan Prokurorluğu Tsarukyanın cinayət məsuliyyətinə cəlb olunmasını istəyir
Venesuela XİN rəhbəri zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib
Rubio: Alyaskada ABŞ və Rusiya arasında heç bir razılaşma olmayıb
Azərbaycan və Qazaxıstan elektron icazə sisteminə tam keçid barədə razılıq əldə edib
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək
Azərbaycan hərbçiləri Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - VİDEO
Üfüqi monitorinqlə bağlı vergi risklərinə nəzarət qaydaları təsdiqlənib
Sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydaları müəyyənləşib
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
DYP sabah Bakıda 5 istiqamətdə keçiriləcək hərbi yürüşlə bağlı müraciət edib
XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir
Sabirabadda yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO
FHN-in strukturlarında Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib
ABŞ dövlət katibi: İsrail və Livan razılaşmaya yaxındır
TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Rubio: İranın regiondakı proksilərinə dəstəyi memorandum üzrə danışıqlarda müzakirə olunmalıdır
Həftəsonu hava qeyri-sabit keçəcək, leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rusiya Rumıniyanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır
Azərbaycan–Ukrayna əməkdaşlığının mövcud gündəliyi müzakirə edilib
Şimon Peres Mərkəzində Azərbaycan–İsrail innovasiya dialoqu keçirilib - FOTO
İran və Oman XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
İraq OPEC-dən çıxmağı planlaşdırmır - YENİLƏNİB
Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib
Doktorantura və dissertantura üzrə xarici dildən qəbul imtahanı keçirilib
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib - SİYAHI
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib
MN rəhbərliyi Baş Klinik Hospitalda olub - FOTO
Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib
Nizami rayonunda qəza olub, iki nəfər xəsarət alıb- VİDEO
Aşura günü ilə bağlı qanvermə aksiyası başa çatıb, 1269.45 litr qan toplanıb - FOTO - YENİLƏNİB-1
“İntellektual gömrük” informasiya sistemi yaradılıb
Ötən il 764 xarici diplom tanınmayıb
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırılıb
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan–Fransa əlaqələrinin vəziyyətini nəzərdən keçirib
73 mindən çox müəllimin əməkhaqqına əlavələr edilib
Rubio: Körfəz ölkələri Hörmüz boğazında rüsum tətbiq olunmasını istəmir
Azərbaycanda şagirdlərin sayı açıqlanıb
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
Müdafiə naziri: Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü orduları sırasındadır
Heydər Əliyev adına Hərbi İnstitutda “Açıq qapı” günü təşkil olunub - FOTO - VİDEO
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib
Qırğızıstan və Tacikistan vətəndaşları Heydər Əliyev adına Hərbi İnstitutdan fərqlənmə ilə məzun olublar
Azərbaycanlı kursant İtaliyanın "Şərəf qılıncı" ilə təltif edilib
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq