Bank Of Baku

Britaniya kraliçası böhranın səbəbkarı olan bankiri cəngavər titulundan məhrum edib

Britaniya kraliçası böhranın səbəbkarı olan bankiri cəngavər titulundan məhrum edib
# 01 fevral 2012 08:10 (UTC +04:00)
APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, kraliça II Yelizavetanın bu cür qərar verməsinə səbəb bankirin böhran zamanı buraxdığı səhvlər olub.

Kraliça ser F.Qudvinin titulunu hökumətin xahişi ilə geri alıb. Hökumət hesab edir ki, bankir 2008-2009-cu illərdəki böhranın əsas səbəbkarlarından biridir və “Britaniyanın dövlət mükafatının reputasiyasını zədələyib”. Halbuki əvvəllər yalnız məhkum olunmuş cinayətkarlar və peşəkar təşkilatlardan xaric edilmiş şəxslər bu tituldan məhrum edilib.

Qeyd edək ki, F.Qudvin bank işindəki xidmətlərinə görə 2004-cü ildə cəngavər tituluna layiq görülüb. Onun rəhbərliyi altında RBS dünyanın ən nəhəng banklarından birinə çevrilib. Lakin böhranın qızğın çağında bankda ciddi problemlər yaradıb. Hökumət bankı müflis olmaqdan qorumaq üçün 70 mlrd. dollar xərcləməyə və RBS-i milliləşdirməyə məcbur olub. Hazırda bankın səhmlərinin 83%-i dövlətə məxsusdur, R.Qudvin isə 70 min funt-sterlinq təqaüd almaqda davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR