Qusarda vergi ödəyicilərinə xidmət mərkəzi istifadəyə verilib - YENİLƏNİB
APA-nın şimal bürosunun verdiyi məlumata görə, açılış mərasimində Vergilər Nazirliyinin rəsmiləri, sahibkarlar və Qusar rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.
Vergilər Nazirinin müşaviri Ələkbər Məmmədov ölkə prezidentinin Vergilər Nazirliyi qarşısında qoyduğu tələblərə uyğun olaraq Azərbaycanda partnyorluq, səmərəli dövlət-biznes münasibətlərinin qurulması istiqamətində görülən işlər və bu sahədə 2011-ci ildə həyata keçirilən müxtəlif layihələr barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd olunub ki, sahibkarların maarifləndirilməsi, onlara müxtəlif növ hüquqi, informasiya, metodiki və s. köməkliyin göstərilməsini təmin edən xidmət mərkəzləri pulsuz fəaliyyət göstərir. Bu xidmət mərkəzlərində vergi ödəyiciləri öz şəxsi hesab vərəqəsindəki məlumatlara baxa, büdcəyə olan vergi borcu, onun yaranma səbəbləri və digər məsələlər barədə zəruri məlumatlar əldə edə bilərlər.
Daha sonra Quba şəhərində 3 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Ə.Məmmədov bildirib ki, inkişaf edən müasir vergi sisteminin əsas fəaliyyət istiqamətlərindən biri də ölkəmizdə vergi ödəyicilərinin maarifləndirilməsi, məlumatlandırılması və ünvanlı vergi xidmətinin göstərilməsi, sahibkarlarla münasibətlərin bütövlükdə yenidən qurulması ölkədə əlverişli vergi mühitinin formalaşmasıdır.
Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev vergi sistemində aparılan köklü struktur islahatları, Vergi Məcəlləsinin təkmilləşdirilməsi, səmərəli və funksional əsasda fəaliyyət göstərən yeni idarəetmə sisteminin təşkili barədə məlumat verib, vergi orqanları ilə vergi ödəyiciləri arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələr sisteminin yaradılmasının, müasir səviyyəli təhlil bazasına malik informasiya sistemlərinin qurulmasının zamanını tələbi olduğunu qeyd edib.
Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov vergi ödəyicilərinə göstərilən xidmətlərin çeşidi, 2011-2015-ci illəri əhatə edən “Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası”, qarşıda duran vəzifələr haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək deyib ki, elektron ödəniş sisteminin və bəyannamələrin əvvəlcədən doldurulması sisteminin yaradılması, bütün bəyannamələrin BTP proqramından istifadə etmədən onlayn rejimdə göndərilməsi, ərizələrin onlayn rejimdə göndərilməsi, universal telefon məlumat xidmətinin yaradılması, vergi ödəyicilərindən daxil olmuş standart SMS-lərin avtomatik olaraq SMS vasitəsilə cavablandırılması mexanizminin yaradılması, vergi yoxlamalarının elektron şəkildə aparılması kimi tədbirlər yaxın dövrlərdə həyata keçirilməsi nəzərdə tutulan məsələlərdəndir.
Tədbirdə vergi ödəyicilərini maraqlandıran suallar cavablandırılıb, onlara vergi sistemində tətbiq edilən yeniliklər barədə müvafiq izahatlar verilib.
Hazırda respublikanın regionlarında müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemi ilə təchiz edilmiş 30 belə xidmət mərkəzi fəaliyyət göstərir.
Maliyyə
Maliyyə icarəsi müqavilələrinin maksimum məbləği müəyyənləşəcək
Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq, tələblər müəyyənləşib
Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib
ABB: Müştərilərin hesab balansları bərpa edilib
Xəbər Lenti
Apple “VKontakte” tətbiqlərinin App Store-dan silinməsini sanksiyalarla izah edib
Ermənistan parlamentinin sədri dəyişir
Moskva vilayətində raket hücumu xəbərdarlığı elan edilib - YENİLƏNİB
Hikmət Hacıyev Baş katibin xüsusi nümayəndəsi ilə Azərbaycan–NATO tərəfdaşlığını müzakirə edib
Ermənistan Prokurorluğu Tsarukyanın cinayət məsuliyyətinə cəlb olunmasını istəyir
Venesuela XİN rəhbəri zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib
Rubio: Alyaskada ABŞ və Rusiya arasında heç bir razılaşma olmayıb
Azərbaycan və Qazaxıstan elektron icazə sisteminə tam keçid barədə razılıq əldə edib
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək
Azərbaycan hərbçiləri Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - VİDEO
Üfüqi monitorinqlə bağlı vergi risklərinə nəzarət qaydaları təsdiqlənib
Sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydaları müəyyənləşib
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
DYP sabah Bakıda 5 istiqamətdə keçiriləcək hərbi yürüşlə bağlı müraciət edib
XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir
Sabirabadda yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO
FHN-in strukturlarında Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib
ABŞ dövlət katibi: İsrail və Livan razılaşmaya yaxındır
TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib
Rubio: İranın regiondakı proksilərinə dəstəyi memorandum üzrə danışıqlarda müzakirə olunmalıdır
Həftəsonu hava qeyri-sabit keçəcək, leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rusiya Rumıniyanın Sankt-Peterburqdakı Baş konsulluğunu bağlayır
Azərbaycan–Ukrayna əməkdaşlığının mövcud gündəliyi müzakirə edilib
Şimon Peres Mərkəzində Azərbaycan–İsrail innovasiya dialoqu keçirilib - FOTO
İran və Oman XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
İraq OPEC-dən çıxmağı planlaşdırmır - YENİLƏNİB
Qalibaf İranın azad olunmuş vəsaiti ilə ABŞ məhsulları alacağını təkzib edib
Doktorantura və dissertantura üzrə xarici dildən qəbul imtahanı keçirilib
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif edib - SİYAHI
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib
MN rəhbərliyi Baş Klinik Hospitalda olub - FOTO
Müdafiə Nazirliyinin 5 hərbçisinə “general-mayor” ali hərbi rütbəsi verilib
Nizami rayonunda qəza olub, iki nəfər xəsarət alıb- VİDEO
Aşura günü ilə bağlı qanvermə aksiyası başa çatıb, 1269.45 litr qan toplanıb - FOTO - YENİLƏNİB-1
“İntellektual gömrük” informasiya sistemi yaradılıb
Ötən il 764 xarici diplom tanınmayıb
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırılıb
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan–Fransa əlaqələrinin vəziyyətini nəzərdən keçirib
73 mindən çox müəllimin əməkhaqqına əlavələr edilib
Rubio: Körfəz ölkələri Hörmüz boğazında rüsum tətbiq olunmasını istəmir
Azərbaycanda şagirdlərin sayı açıqlanıb
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
Müdafiə naziri: Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü orduları sırasındadır
Heydər Əliyev adına Hərbi İnstitutda “Açıq qapı” günü təşkil olunub - FOTO - VİDEO
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib
Qırğızıstan və Tacikistan vətəndaşları Heydər Əliyev adına Hərbi İnstitutdan fərqlənmə ilə məzun olublar
Azərbaycanlı kursant İtaliyanın "Şərəf qılıncı" ilə təltif edilib
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq