Bank Of Baku

«AGLeasing» şirkəti ötən il lizinq portfelini iki dəfə artırıb

«AGLeasing» şirkəti ötən il lizinq portfelini iki dəfə artırıb
# 01 fevral 2012 11:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AGLeasing» şirkətinin lizinq portfelinin həcmi 2012-ci il yanvar ayının 1-nə 5,896 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin əvvəlinə olan göstərici ilə müqayisədə 96% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkətin lizinqə verdiyi avadanlıqların dəyəri 42% artaraq 7,899 mln. manata, lizinq müqavilələrinin ümumi sayı isə 44% azalaraq 63-ə, aktivlərin həcmi isə 6,896 mln. manata çatıb. Bu müddət ərzində şirkətin nizamnamə kapitalının həcmində artım olmayıb. Lizinq portfelinin strukturuna gəldikdə, tikinti, ictimai nəqliyyat və istehsalat sahələri portfelin əsasını təşkil edib.

Xatırladaq ki, «AGLeasing» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «AGBank» ASC, Böyük Britaniyanın «Hyperion Capital İnvestments Ltd.» və ABŞ-ın «Delta Trans Group LLC» şirkətləri çıxış edir. Cari il yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR