Bank Of Baku

Böyük Britaniyada qızıl oğurluqlarının sayı artır

Böyük Britaniyada qızıl oğurluqlarının sayı artır
# 01 fevral 2012 11:55 (UTC +04:00)
Bakı - APA-Economics. Böyük Britaniyada iqtisadi böhran nəticəsində qızıl bahalaşdıqca, qızıl oğurlamaq məqsədilə evlərin qarət olunması halları da artır.

APA-Economics”in “Guardian”a istinadən xəbərinə görə, qarətçilər daha çox asiyalı, xüsusən də hindistanlı ailələri hədəf seçirlər ki, buna da səbəb onların qızıl məmulatları kolleksiyası toplamağa meylli olmasıdır.

Qarət qurbanlarından birinin qızıl kolleksiyasının dəyəri 70 min funt-sterlinq olub: “Bu qızılları valideynlərimiz bizə miras qoyublar ki, biz də onları övladlarımıza ötürək”.

“Guardian” konkret statistika açıqlamasa da, təkcə evlərin yox, mağazaların da qızıl oğrularının hədəfinə çevrildiyini vurğulayıb.

Qeyd edək ki, qızılın qiyməti ötən ilin payızında tarixi maksimuma çatıb. O zaman Troya unsiyasının (31 qram) qiyməti 1194 funt-sterlinq təşkil edib. Hazırda bu göstərici 1100 funt-sterlinqdir. Son 6 ildə isə Asiya qızılının qiyməti 5 dəfə artaraq, 30 min funt-sterlinqə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR