Bank Of Baku

Ucar rayonunda pensiya, sosial yardım və maaşların alınmasında problem yaranıb

Ucar rayonunda pensiya, sosial yardım və maaşların alınmasında problem yaranıb
# 01 fevral 2012 12:01 (UTC +04:00)
APA-nın yerli bürosunun xəbərinə görə, sakinlər rayonda bankomatların az olması və onların işləməməsindən şikayətlənirlər. Azərbaycan Beynəlxalq Banının Ucar rayonunda 3 bankomatı olsa da, hazırda onlardan biri işləmir. Bankomatlardan birində isə xırda əsginas qıtlığı var. Yalnız bir bankomat normal işləyir ki, onun da qarşısında uzun növbələr yaranır. Uzaq kəndlərdən rayon mərkəzinə gələn pensiyaçılar saatlarla növbəyə dayanmalı olurlar.

Sakinlər onu da bildiriblər ki, pensiya, maaş və sosial yardımları başqa bankların bankomatından alanda faiz çıxıldığına görə onlara müraciət edənlər azlıq təşkil edir.

Beynəlxalq Bankın Ucar rayon şöbəsindən APA-ya bildirilib ki, rayonda bankın 3 bankomat fəaliyyət göstərir, onlardan 1-də texniki nasazlıq yarandığından işləmir. İki bankomat isə ayda iki dəfə istisna olmaqla, çalışır. Bu da 80 minə yaxın əhalisi olan rayon üçün kifayətdir. Buna baxmayaraq, bu ilin birinci rübündə Ucara 2 səyyar bankomat gətirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR