Bank Of Baku

«Qarant Sığorta»nın səhmdarlarının iclası keçiriləcək

«Qarant Sığorta»nın səhmdarlarının iclası keçiriləcək
# 01 fevral 2012 12:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Fevral ayının 29-da Bakıda Azərbaycanın «Qarant Sığorta» şirkətinin səhmdarlarının növbəti iclası keçiriləcək.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda səhmdarlar tərəfindən şirkətin 2011-ci ildəki fəaliyyəti ilə bağlı yekun hesabat, 2012-ci üçün büdcənin layihəsinin təsdiq olunması və digər məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR