Bank Of Baku

«Dəmirbank» xaricdən yeni kredit cəlb edib

«Dəmirbank» xaricdən yeni kredit cəlb edib
# 01 fevral 2012 14:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC «ResponsAbility Global Microfinance Fund» mikromaliyyə təşkilatının vasitəçiliyi ilə «Microfinance Enhancement Facility» ilə yeni maliyyə vəsaitinin cəlb olunmasına dair razılaşma əldə edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, imzalanan müqaviləyə əsasən, «Microfinance Enhancement Facility» tərəfindən 3 il müddətinə «Dəmirbank» üçün 8 mln. ABŞ dolları məbləğində vəsait ayrılıb.

Məlumatda qeyd olunur ki, «Dəmirbank» ASC «ResponsAbility Global Microfinance Fund» mikromaliyyə təşkilatının vasitəçiliyi ilə artıq 8-ci müqaviləni imzalayır. Bununla da 2007-ci ildən «ResponsAbility Global Microfinance Fund» mikromaliyyə təşkilatı ilə əməkdaşlığın nəticəsində bu günə qədər 30,5 mln. dolları məbləğində müqavilələr imzalanıb.

«Dəmirbank» kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR