Bank Of Baku

Martda Azərbaycan-Tacikistan hökumətlərarası komissiyasının ilk iclası keçiriləcək

Martda Azərbaycan-Tacikistan hökumətlərarası komissiyasının ilk iclası keçiriləcək
# 01 fevral 2012 14:17 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA-Economics. Martın əvvəlində Düşənbədə Azərbaycan-Tacikistan hökumətlərarası komissiyasının ilk iclası keçiriləcək. Bu barədə “APA-Economics”ə Tacikistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

İclasda Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət münasibətlərinin inkişafı və gələcək perspektivləri müzakirə olunacaq.

Tacikistan nümayəndə heyətinə meliorasiya və su təsərrüfatı naziri Rəhmət Bobokaronov, Azərbaycan nümayəndə heyətinə iqtisadi inkişaf naziri Şahin Mustafayev başçılıq edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR