Bank Of Baku

«Atrabank» ötən il məcmu aktivlərini 60% artırıb

«Atrabank» ötən il məcmu aktivlərini 60% artırıb
# 01 fevral 2012 14:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atrabank» ASC-nin aktivlərinin həcmi 2012-ci il yanvar ayının 1-nə 62,509 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin yanvarın 1-nə olan göstərici ilə müqayisədə 58% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 62% artaraq 45,841 mln. manat, o cümlədən qısamüddətli kreditlər (12 ayadək) 79% artaraq 30,319 mln. manat, uzunmüddətli kreditlər 42% artaraq 11,715 mln. manat, istehlak kreditləri isə 53% artaraq 17,164 mln. manat olub.

Bu müddət ərzində bankın depozit portfeli iki dəfə genişlənərək 19,161 mln. manata, o cümlədən müddətli depozitlər 2,1 dəfə artaraq 14,727 mln. manata, tələb olunanadək depozitlər 86% artaraq 3,602 mln. manata, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 51% artaraq 0,833 mln. manata çatıb.

Ötən il ərzində bankın məcmu kapitalı 2,7% artaraq 11,255 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10,425 mln. manat olub.

Qeyd edək ki, hesabat ili ərzində bankın ümumi gəlirləri 81% artaraq 6,082 mln. manat, xərcləri isə 79% artaraq 6,020 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 3,3 dəfə artaraq 63 min manat olub.

Xatırladaq ki, «Atrabank» ASC 1992-ci ildə yaradılıb. Hazırda bankın ölkə üzrə 13 filialı, 13 bankomatı və 33 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR