Bank Of Baku

«FINCA Azerbaijan»ın iki regional ofisi filial statusu alıb

«FINCA Azerbaijan»ın iki regional ofisi filial statusu alıb
# 01 fevral 2012 14:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «FINCA Azerbaijan» bank olmayan kredit təşkilatının Tovuz və Goranboy rayonlarındakı ofisləri bu gündən statusunu dəyişərək filial kimi fəaliyyətə başlayıb.
Təşkilatın xüsusi layihələr üzrə direktoru Zaur Nurməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, bundan sonra təşkilatın Dəliməmmədli ofisi Goranboy filialı, Qovlar ofisi isə Tovuz filialının tabeliyində olacaq.
Z.Nurməmmədov bildirib ki, Tovuz filialının kredit portfelinin həcmi 4,2 mln. dollar, müştərilərinin sayı 5 082, işçilərinin sayı 16 nəfərdir. Eyni zamanda, Goranboy filialının müştəri bazası 3 764, işçilərinin sayı 12 nəfər, kredit portfelinin həcmi isə 2,7 mln. dollardan çoxdur.
Qeyd edək ki, «FINCA Azerbaijan» kredit təşkilatının ölkə üzrə 29 filial və 34 ofisi fəaliyyət göstərir. Ötən ilin sonuna təşkilatın cəmi müştərilərinin sayı 119 867 nəfər olub. Onlardan 32 853-ü fərqi kredit məhsullarından, 84 017-si isə qrup krediti məhsullarından istifadə edir. Kredit portfeli 117 mln. dollar təşkil edir ki, bunun da 48 mln. dollardan çoxu fərdi kreditlər, 68 mln. dolları isə qrup kreditlərinə aiddir. Təkcə ötən ilin dekabr ayında verilən kreditlərin ümumi həcmi 23,079 mln. dollar təşkil edib, o cümlədən fərdi kreditlərin həcmi 8,503 mln. dollar, qrup kreditlərin həcmi isə 14,576 mln. dollar olub.
Verilən kreditlərin sayı 14 629 olub ki, bunun da 3 835-i fərdi kreditlərin, 10 794-ü isə qrup kreditlərinin payına düşüb.
Təsisçisi ABŞ-ın «FINCA International» təşkilatı olan «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatı 1998-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR