Bank Of Baku

«Fitch» agentliyi «Kapital Bank»ın reytinqini təsdiqləyib

«Fitch» agentliyi «Kapital Bank»ın reytinqini təsdiqləyib
# 02 fevral 2012 07:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycanın «Kapital Bank» ASC-nin reytinqini sabit proqnozla «B+» səviyyəsində təsdiq edib. Agentlikdən «APA-Economics»ə verilən məlumata görə, reytinq Bankın zərurət yarandığı halda hökumət tərəfindən dəstək almasının mümkünlüyünü əks etdirir ki, bu da Bankın pensiya ödənişləri sistemində böyük rolu və dövlət tərəfindən maliyyələşən əməliyyatlarda iştirakı ilə bağlıdır.

«Fitch Ratings» Bankın kapitallaşmasının, aktivlərin keyfiyyətinin və mənfəətinin zəif olduğunu və afilə olunmuş tərəflərin kreditləşməsinin yüksək olduğunu qeyd edir. Eyni zamanda, reytinqdə Bankın likvidlik mövqeyinin güclü olduğu və aktiv və passivlərin müddət üzrə tarazlaşmasını müsbət amil kimi nəzərə alınıb.

Agentlik bildirir ki, «Kapital Bank»ın kredit portfelinin 55%-i Maliyyə Nazirliyinin zəmanəti ilə hökumət tərəfindən maliyyələşən kreditlərdir. Bundan əlavə, kredit portfelinin 20%-i tikinti sektoruna aiddir. «Fitch Ratings»in məlumatında deyilir ki, 2012-ci ildə Bankın kapitalının 20 mln. manat həcmində artırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR