Bank Of Baku

Azərbaycanda bütün rabitə müəssisələri gücləndirilmiş iş rejiminə keçib

Azərbaycanda bütün rabitə müəssisələri gücləndirilmiş iş rejiminə keçib
# 02 fevral 2012 07:56 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Müşfiq Əmirov məlumat verib.

M.Əmirovun sözlərinə görə, hava şəraitinin sərt keçməsi ilə əlaqədar Bakı və ümumiyyətlə bütün ölkə üzrə rabitə müəssisələrində qəza xidmətləri işlək vəziyyətə gətirilib, müəssisələr gücləndirilmiş iş rejiminə keçib: «Ümumiyyətlə, hazırda telekommunikasiya və rabitə qovşaqlarının işində heç bir problem müşahidə olunmur. Lakin hər hansı bir problem üzə çıxarsa, qəza xidmətləri bu problemi dərhal aradan qaldırmağa hazırdır. Belə ki, bütün müəssisələr sərt hava şəraitinə əvvəlcədən hazırlıq işləri görüb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR