Bank Of Baku

«Fitch» agentliyi «Access Bank»ın reytinqini təsdiqləyib

«Fitch» agentliyi «Access Bank»ın reytinqini təsdiqləyib
# 02 fevral 2012 09:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycanda fəaliyyət göstərən «Access Bank» QSC-nin reytinqini sabit proqnozla «BB+» səviyyəsində təsdiqləyib. Agentlikdən «APA-Economics»ə verilən məlumata görə, reytinqin təsdiqlənməsi Bankın təsisçiləri olan «KfW» (reytinqi «AAA», sabit proqnoz), Avropa Yenidənqurma və İnkişaf Bankı («AAA», sabit proqnoz) və Beynəlxalq Maliyyə Korporasiyası («AAA», sabit proqnoz) kimi qurumların Banka maliyyə dəstəyi vermək mümkünlüyünü əks etdirir.

Eyni zamanda, «Fitch Ratings» bu dəstəyin vaxtında və lazımi həcmdə edilməsi barədə qeyri-müəyyənliyi bildirir, bu səbəbdən bankın reytinqi ölkə reytinqindən bir pillə aşağı səviyyədə təsdiqlənib.

Bankın dayanıqlıq reytinqi «b+» səviyyəsində müəyyən edilib ki, bu da Bankın kiçik və orta biznesin kreditləşməsinin geniş olması səbəbindən bu sahədə problemlər yaranacağı təqdirdə Banka mənfi təsir göstərə biləcəyini əks etdirir. Eyni zamanda, Agentlik Bankın aktivlərinin yüksək keyfiyyətini, mənfəət göstəricilərinin güclü olmasını, kapitalın kifayət qədər olmasını, yüksək likvidliyin olmasını və kredit risklərinin konservativ şəukildə idarə edildiyini vurğulayır.

Qeyd edək ki, «Access Bank» QSC 2002-ci ildə yaradılıb və mikrokreditləşmə sahəsində ixtisaslaşıb. «Fitch Ratings»in məlumatına görə, 2011-ci ilin yekununda Bank ölkədə aktivlərə görə 8-ci, kreditlərə görə 7-ci yeri tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR