Bank Of Baku

Azərbaycan Bank Tədris Mərkəzi fevral ayında keçiriləcək kursların adlarını və tarixini açıqlayıb

Azərbaycan Bank Tədris Mərkəzi fevral ayında keçiriləcək kursların adlarını və tarixini açıqlayıb
# 02 fevral 2012 11:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) fevral ayında keçiriləcək kursların adlarını və tarixini açıqlayıb.

ABTM-dən «APA-Economics»ə verilən məlumata görə, fevral ayın 4-11-də «Nağd əməliyyatlar», 6-10 da «Kiçik və orta müəssisələrin kreditləşdirilməsi», 8-10-da «Praktiki mühasibat uçotu və hesabatı», 13-16-da «Risklərin idarə edilməsi işinin təşkili», 18-25-də «Təcili pul köçürmələri və ödəniş sistemləri», 20-22-də «Kredit risklərinin idarə edilməsi», fevralın 20-21-də isə «Vergi qanunvericiliyi (maliyyə xidmətləri üzrə)» mövzuları üzrə keçiriləcək.

Xatırladaq ki, ABTM Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsi olaraq Avropa İttifaqının TACIS Proqramının köməyi ilə yaradılıb və 2000-ci ilin fevral ayından fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR