Bank Of Baku

«Dəmirbank» yeni kampaniya keçirir

«Dəmirbank» yeni kampaniya keçirir
# 02 fevral 2012 12:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC 2 fevral – Gənclər Günü münasibəti ilə «Gənclərə pulsuz plastik kart» adlı kampaniyaya başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində 18-35 yaş arasında olan şəxslər fevral ayı ərzində «Dəmirbank»dan «VISA Classic» və «MasterCard Standard» plastik kartlarını illik xidmət haqqı olmadan pulsuz əldə edə bilərlər, eləcə də müştəri istəyindən asılı olaraq fərdi dizaynla pulsuz kart sifariş verə bilərlər.

Kampaniya çərçivəsində pulsuz kart əldə etmək üçün kart hesabına cəmi 50 manat (və ya digər valyutalarda ekvivalent məbləğdə) mədaxil edilməlidir və bu məbləği kart sahibi istədiyi vaxt istifadə edə bilər.

Xatırladaq ki, «Dəmirbank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR